Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir  
31.07.2026 14:19
Həyatın ilk 3 ayı körpələrin sağlam inkişafı baxımından ən vacib dövrlərdən biridir. Bu mərhələdə aparılan müntəzəm tibbi müayinələr və vaxtında vurulan peyvəndlər körpələrin sağlam böyüməsində mühüm rol oynayır.
 
Aztibb.az xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasında neonatoloq və pediatr həkimlər tərəfindən 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir.
 
Müayinələr zamanı körpələrin çəki və boy artımı, baş çevrəsi, ümumi fiziki inkişafı, tənəffüs sistemi və sağlamlıq göstəriciləri qiymətləndirilir. Eyni zamanda valideynlərə ana südü ilə qidalanma, düzgün körpə baxımı və sağlam inkişafın izlənilməsi ilə bağlı ətraflı tövsiyələr təqdim olunur.
 
Milli Peyvənd Təqviminə uyğun olaraq körpələrə vərəm, hepatit B və digər infeksion xəstəliklərə qarşı peyvəndlər vaxtında tətbiq edilir. Peyvəndlər uşaqların immunitetinin formalaşmasına, təhlükəli xəstəliklərdən qorunmasına və sağlam gələcəyinin təmin olunmasına xidmət edir.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib