Meşə yanğınları xroniki xəstəlikləri ağırlaşmasına səbəb olur
01.08.2026 13:31

Meşə yanğınları zamanı yaranan sıx tüstü təkcə təbiətə deyil, insan sağlamlığına da ciddi təhlükə yaradır. Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Berivan Usta bildirib ki, tüstünün tərkibində mikroskopik hissəciklər, karbonmonoksit, ağır metallar və digər zərərli maddələr olur. Bu hissəciklər ağciyərlərin dərin qatlarına qədər daxil olaraq qan dövranına keçə bilər.

Aztibb.az "Haber Türk"ə istinadən yazır ki, onun sözlərinə görə, sağlam insanlarda belə baş ağrısı, göz yanması və boğaz qıcıqlanması yarana bilər. Astma, Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAX), bronxit və digər xroniki ağciyər xəstəlikləri olan şəxslər, həmçinin uşaqlar, yaşlılar və allergiyaya meyilli insanlar üçün isə tüstü həyati təhlükə yarada bilər.

Mütəxəssis tüstünün təsirindən qorunmaq üçün zərurət olmadıqca çölə çıxmamağı, qapı və pəncərələri bağlı saxlamağı, HEPA filtrli hava təmizləyicilərindən istifadə etməyi və məcburi hallarda N95, FFP2 və ya FFP3 tipli qoruyucu maskalar taxmağı tövsiyə edir.

Xroniki tənəffüs xəstəlikləri olan şəxslər təyin olunmuş dərmanlarını müntəzəm qəbul etməli, nəfəs darlığı, güclü öskürək və sinə ağrısı kimi əlamətlər yarandıqda isə dərhal həkimə müraciət etməlidirlər. Bundan əlavə, bol maye qəbul etmək və rəsmi hava keyfiyyəti xəbərdarlıqlarını izləmək də vacib hesab olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub