İki yaşından etibarən şəkər qəbulu məhdudlaşdırılarsa... - Araşdırma
31.07.2026 09:40

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması gələcək illərdə beyin sağlamlığının qorunmasına kömək edə bilər.

Aztibb.az "Neurology" jurnalında dərc olunan araşdırmanın nəticələrinə diqqət çəkib

 

Honq-Konq Elm və Texnologiya Universitetinin alimləri tədqiqat çərçivəsində Böyük Britaniyanın “Biobank” layihəsində qeydiyyatdan keçmiş təxminən 65 min insanın məlumatlarını təhlil ediblər.

Araşdırmada Böyük Britaniyada şəkərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasından sonra insanların qidalanma vərdişlərində şəkər miqdarının sürətlə artmasının mümkün təsirləri araşdırılıb.

Nəticələr göstərib ki, həyatının ilk iki ilində şəkər məhdudiyyəti dövründə böyüyən insanlarda demensiya (unutqanlıq və idrak qabiliyyətlərinin zəifləməsi) hallarının 23 faiz daha az olduğu və xəstəliyin orta hesabla təxminən iki il yarım daha gec diaqnoz edildiyi müşahidə olunub.

Tədqiqatçı Jiazhen Zheng bildirib: “Əldə etdiyimiz nəticələr göstərir ki, həyatın ən erkən dövrlərində şəkər qəbulunun məhdudlaşdırılması beyin sağlamlığı üçün uzunmüddətli faydalar təmin edə bilər”.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub