AQTİ-nin nümayəndəsi Çində beynəlxalq forumda iştirak edir
29.07.2026 15:01

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Çin Xalq Respublikasının Sanya şəhərində Qida və kənd təsərrüfatı sistemlərində “Vahid Sağlamlıq” Forumu (The One Health in agrifood systems Forum) keçirilir.

 

Forumda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Ağayeva iştirak edir.

 

AQTİ-dən Aztibb.az-a verilən xəbərə görə, o, “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyi baxımından davamlı və inteqrasiya olunmuş şəhərlərin qurulması mövzusu üzrə panel müzakirəsində çıxış edib.

 

Forumun məqsədi “Vahid Sağlamlıq” yanaşmasının tətbiqini genişləndirmək, müxtəlif sektorlar arasında əməkdaşlığı gücləndirmək və innovativ strategiyaları inkişaf etdirmək üçün mühüm platforma rolunu oynamaqdır.

 

Forum çərçivəsində ictimai səhiyyə, qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı və ətraf mühit sahələrini təmsil edən maraqlı tərəflər bir araya gələrək zoonoz infeksiyalar, antimikrob müqavimət (AMR), qida təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və iqlimlə bağlı problemlər də daxil olmaqla qarşılıqlı əlaqəli riskləri aradan qaldırmaq üçün dialoqlar aparılıb, həmçinin elm və innovasiyaya əsaslanan bilik mübadiləsi stimullaşdırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama