Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi məqsədilə laborator təhlillərə başlanıb  
13.07.2026 14:19

Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası davam etdirilir.

 

Kənd Təsərrüfatı Nazirliyindən Aztibb.az-a bildirilib ki, ekspedisiya çərçivəsində nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər tərəfindən birgə elmi tədqiqatlar aparılır.

 

Tədqiqatlar zamanı balıq nümunələrinin ölçüsü, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyəti qiymətləndirilir. Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.

 

Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir. Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev