İqlim böhranı və soyutma paradoksu
09.07.2026 11:42

Bəşəriyyət tarixin bəlkə də ən böyük paradokslarından birini yaşayır. Təbiətin tarazlığını pozaraq yaratdığımız ekoloji böhranın nəticələrindən yenə təbiətə qarşı süni sipərlər qurmaqla qorunmağa çalışırıq. Qlobal istiləşmənin təsiri ilə hər il rekordlar qıran qovurucu isti dalğalarından qaçmaq üçün sığındığımız kondisionerlər, əslində qaçmağa çalışdığımız həmin o iqlim krizini daha da dərinləşdirir.

Aztibb.az "Biomedia" nəşrinə istinadən yazır ki, modern yaşamın imtina edilməz bir parçasına çevrilən və xüsusilə risk qrupundakı insanlar üçün aşırı isti havalara bağlı can itkilərinin qarşısını alan bu cihazlar, daxili məkanlarda həyat qurtarıcı bir qalxan rolunu oynayır. Ancaq təmin etdikləri bu həyati komfortun planetimiz üçün olduqca ağır nəticələri var. Çünki soyutma sistemlərinə artan tələbat, daha çox enerji istehlakına və atmosferə daha çox istixana qazının buraxılmasına səbəb olur. Bu isə dünyanı "sərinlədikcə qızınan" bir planet reallığına sürükləyir.

Nəticə etibarilə, kondisionerlərin qısamüddətli və lokal olaraq təqdim etdiyi bu rahatlıq, qlobal miqyasda ekoloji tarazlığı pozaraq uzunmüddətdə tənəffüs, ürək-damar və infeksion xəstəliklərin artmasına yol açır və beləliklə, insan sağlamlığını qorumaq üçün istifadə etdiyimiz texnologiya, qlobal səhiyyə sistemləri üçün ən böyük təhdidlərdən birinə çevrilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama