Bioloji aktiv qida məhsullarından istifadə zamanı nələrə diqqət edilməlidir?
09.07.2026 14:47

Son illər bioloji aktiv qida məhsullarına maraq xeyli artıb. Lakin mütəxəssislər bildirirlər ki, bu məhsullar sağlam həyat tərzini əvəz etmir və yalnız real ehtiyac olduqda, düzgün seçilərək istifadə edilməlidir. Sağlam həyat tərzinin əsasını balanslı qidalanma və müntəzəm fiziki aktivlik təşkil edir.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bioloji aktiv qida məhsullarının təhlükəsiz və düzgün istifadəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti İlqar Şamilov bildirib ki, bu məhsullara marağın artmasının əsas səbəblərindən biri insanların qısa müddətdə nəticə əldə etmək istəyi, eləcə də sosial şəbəkələrdə yayılan tövsiyələrin təsiridir.

 

Ekspertin sözlərinə görə, məhsul haqqında məlumatsızlıq və ondan istifadə sağlamlıq üçün risk yarada bilər. Bu səbəbdən istehlakçılar məhsul seçərkən onun mənşəyinə, tərkibinə, etibarlılığına və dövlət qeydiyyatından keçməsinə xüsusi diqqət yetirməlidirlər.

 

AQTA vətəndaşlara bioloji aktiv qida məhsullarından istifadə zamanı yalnız etibarlı mənbələrdən əldə edilən məlumatlara əsaslanmağı, məhsulların təhlükəsizliyini və qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamağı, həmçinin sağlamlıqla bağlı qərarlar qəbul edərkən mütləq mütəxəssis məsləhətini nəzərə almağı tövsiyə edir.

 

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama