Bir neçə dil bilmək beynin qocalmasını ləngidə bilər
07.07.2026 09:16

FENS 2026 (Avropa Neyrobiologiya Cəmiyyətləri Federasiyası) forumunda təqdim olunan yeni tədqiqata görə, bir neçə dildə danışan insanların beyni bioloji baxımdan daha gənc görünə bilər. Beynimiz bir-biri ilə daim əlaqə saxlayan milyardlarla sinir hüceyrəsindən ibarətdir. Yaş artdıqca bu hüceyrələr arasındakı əlaqələr zəifləyir ki, bu da yaddaşın və düşünmə sürətinin azalmasına səbəb olur.

Aztibb.az "ScienceAlert" nəşrinə istinadən yazır ki, yeni araşdırmaya görə, insan nə qədər çox dil bilirsə, beyni də bir o qədər gənc görünür. Bundan əlavə, gənc yaşlarda ikinci və ya əlavə dil öyrənmək və həmin dili yüksək səviyyədə mənimsəmək də beynin qocalma prosesini ləngidə bilər.

Tədqiqatın nəticələrini İspaniyanın San-Sebastyan şəhərində yerləşən Bask Koqnitiv Tədqiqatlar, Beyin və Dil Mərkəzinin əməkdaşı Lusiya Amoruso təqdim edib. Araşdırma Çilidəki Adolfo İbanyes Universitetinin Latın Amerikası Beyin Sağlamlığı İnstitutu, Argentinadakı San-Andres Universitetinin Koqnitiv Neyroelm Mərkəzi və İrlandiyanın Dublin şəhərindəki Trinity Kollecinin Qlobal Beyin Sağlamlığı İnstitutu ilə əməkdaşlıq çərçivəsində aparılıb.

Alimlər bundan əvvəl də çoxdilli cəmiyyətlərdə yaşayan insanların beyninin daha gec qocaldığını göstərən araşdırma dərc etmişdilər. Yeni tədqiqatda isə İspaniyanın Bask bölgəsində yaşayan və ispan, bask, fransız və ingilis dillərindən ibarət müxtəlif kombinasiyalarda bir-dörd dildə danışan insanların beyin fəaliyyəti ətraflı şəkildə təhlil olunub.

Araşdırmanın ilk mərhələsində 728 nəfərin məlumatları əsasında "beyin qocalması saatı" adlandırılan model hazırlanıb. Bunun üçün beyin hüceyrələrinin fəaliyyəti zamanı yaranan zəif maqnit sahələrini ölçən maqnitoensefaloqrafiya (MEG) üsulundan istifadə edilib. Müxtəlif yaş qruplarına aid beyin aktivliyi məlumatları süni intellekt vasitəsilə təhlil olunaraq, hər yaş dövrü üçün normal hesab edilən beyin əlaqəliliyi müəyyənləşdirilib.

Daha sonra tədqiqatçılar hazırladıqları bu modeldən istifadə edərək ikinci mərhələdə iştirak edən 144 nəfərin "beyin yaşını" qiymətləndiriblər. Bu yanaşma alimlərə çoxdilliliyin beynin bioloji qocalmasına təsirini daha dəqiq qiymətləndirməyə imkan verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub