Hindistana səfər edən qadının beynində 38 parazit sürfəsi aşkarlanıb
05.07.2026 12:32

Böyük Britaniya sakini Lori Denman uzun illər beynində onlarla parazit sürfəsi daşıdığını bilmədən yaşayıb. İlk narahatedici əlamətlər Hindistana etdiyi səfərdən təxminən dörd il sonra ortaya çıxıb.

 

Aztibb.az bu barədə "The Independent" nəşri istinadən məlumat verir.



Bir gün qadın orqanizmindən təxminən bir metr uzunluğunda lentşəkilli qurdun xaric olduğunu görərək həkimə müraciət edib. Lakin həmin vaxt aparılan müayinələrdə ciddi patologiya aşkarlanmadığı üçün o, adi həyatına davam edib.



Bir müddət sonra Denmanda güclü baş ağrıları başlayıb, bir neçə ay sonra isə ilk epileptik tutma baş verib. Təkrar müayinələr zamanı həkimlər onun beynində donuz soliterinin (Taenia solium) 38 sürfəsini aşkar ediblər və qadına neyrosistiserkoz diaqnozu qoyulub.



Pasiyent uzunmüddətli müalicə kursu keçib. Ona parazitəleyhinə preparatlar, steroidlər və qıcolmaəleyhinə dərmanlar təyin olunub. Xəstəlik müəyyən dövrlərdə nəzarət altına alınsa da, epileptik tutmalar yenidən təkrarlanıb. Daha sonra qadında panik ataklar, psixoz və paranoya inkişaf edib ki, bu səbəbdən o, bir müddət iş fəaliyyətini dayandırmalı olub.



“Başımın içində bu canlıların yaşadığını dərk etmək olduqca dəhşətli idi”, – deyə Lori Denman bildirib.



Hazırda qadın artıq 10 ildir ki, epileptik tutma keçirmir və bu nadir xəstəlik barədə insanların məlumatlılığını artırmaq məqsədilə öz hekayəsini ictimaiyyətlə bölüşmək qərarına gəlib.



Neyrosistiserkoz donuz soliterinin sürfələrinin mərkəzi sinir sisteminə yerləşməsi nəticəsində yaranan ağır parazitar xəstəlikdir. Xəstəlik əsasən gigiyenik şəraitin zəif olduğu bölgələrdə rast gəlinir və yoluxma adətən parazitin yumurtaları ilə çirklənmiş qida və ya suyun qəbulu nəticəsində baş verir. Bu xəstəlik baş ağrısı, epileptik tutmalar, görmə pozğunluğu və digər nevroloji əlamətlərlə özünü göstərə bilər.

 

Mütəxəssislər riskli ölkələrə səyahət edən şəxslərə yalnız təhlükəsiz qida və su istehlak etməyi, şəxsi gigiyena qaydalarına ciddi riayət etməyi və şübhəli əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama