Erkən yaşlanmanın qarşısını almağın yolu açıqlanıb
20.11.2020 14:46

Kosmetoloq Stanislav Arkannikov insanın dərinin qocalmasının qarşısını almaq üçün hansı vitaminlərə ehtiyacı olduğuna aydınlıq gətirib.

 

Aztibb.az news.ru-ya istinadən xəbər verir ki, o, dərinin üç vitaminə - A, E və C-yə ehtiyac duyan qeyri-adi xarici örtük qatı olduğunu bildirib.

 

A vitamini və ya retinol hüceyrələrin regenerasiyasından məsuldur. Onun sayəsində kollagen və elastin ifrazı aktivləşir, həmçinin yeni təbəqələrin inkişafı stimullaşır və piqmentasiya yavaşıyır. Həkimin sözlərinə görə, bu vitaminin çatışmazlığı üzdə “hiss olunur”: “Bu baxımdan qırışmış dəri, xoşagəlməz piqment ləkələr, quruluq, torpaq çalarları, müxtəlif səpkilər və ümumiyyətlə, dərinin vaxtından əvvəl, yaşa uyğun olmayan solğunluğu faktları müşahidə olunur. Bu vitamin dərinin lipid mantiyasına nüfuz edir və dərinin xarici təbəqələrinin bərpasını sürətləndirir”.

 

E vitamini zədələnmiş dərini bərpa edə, o cümlədən qırışları aradan qaldıra, həmçinin piy vəzilərinin işini normallaşdıraraq dərinin su-yağ balansını tənzimləyə bilər. Kosmetoloq, həmçinin dərinin ultrabənövşəyi şüalanmadan qoruma mexanizmlərini də dolayısı ilə aktivləşdirir.

 

C vitamini zərərli elementləri - sərbəst radikalları zərərsizləşdirməyə qadirdir. “C vitamini onları “bağlaya” bilir və bu, bu gün qocalma ilə mübarizə üçün ən etibarlı yoldur. Ancaq problem ondadır ki, o, qoruyucu piy qatına nüfuz edə bilmir. Bu səbəbdən də dərinin onu xaricdən alması yalnız inyeksiya ilə mümkündür”, - S.Arkannikov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır