67 yaşlı pasiyentdə prostat vəzinin iri həcmli adenoması ilə bağlı əməliyyat uğurla nəticələnib
24.06.2026 14:10

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 67 yaşlı pasiyentdə prostat vəzinin iri həcmli adenoması ilə bağlı uğurlu cərrahi müdaxilə həyata keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, Urologiya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı Rəşad Məmmədovun sözlərinə görə, pasiyent ciddi yanaşı xəstəliklərə malik olub. Belə ki, xəstə daha əvvəl mikroinfarkt keçirib, ürəyində stentlər mövcuddur və uzun illərdir qan durulaşdırıcı preparatlar qəbul edir. Bundan əlavə, ürəyin ejeksiya fraksiyası da aşağı səviyyədə olub ki, bu da əməliyyat riskini artıran əsas amillərdən sayılır.

 

Müayinə zamanı pasiyentdə prostat vəzinin həcminin 120 kub santimetr olduğu müəyyən edilib. Təxminən üç həftə əvvəl pasiyentdə kəskin sidik ləngiməsi (akut sidik retensiyası) baş verib və o, sərbəst şəkildə sidiyə çıxa bilməyib. İlkin mərhələdə kateterizasiya aparılıb və konservativ müalicə tətbiq olunub. Lakin görülən tədbirlərə baxmayaraq, sidik ifrazı tam bərpa olunmayıb.
Bu səbəbdən pasiyentə transuretral lazer cərrahiyyəsi icra olunub. Əməliyyat zamanı prostat vəzindəki adenoma endoskopik üsulla təmizlənərək sidik axınının bərpası təmin edilib.

 

Rəşad Məmmədov bildirib ki, bu tip hallarda təkrarlanma riski nəzəri olaraq mövcuddur. Lakin adenoma əməliyyat zamanı tam şəkildə götürülərsə, yenidən yaranma ehtimalı olduqca aşağı olur.
Həkimin sözlərinə görə, prostat adenomasına daha çox 65 yaşdan yuxarı kişilərdə rast gəlinir. Təxminən bir saat davam edən əməliyyat uğurla başa çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır