Ağciyər transplantasiyası ölkə səhiyyəsi üçün strateji əhəmiyyət daşıyır
24.06.2026 13:50
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin dəstəyi ilə “Ağciyər nəqli" adlı seminar keçirilib.
Bu məlumat Aztibb.az-a Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan verilib.
Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru İradə Axundova ağciyər transplantasiyasının ölkə səhiyyəsi üçün strateji əhəmiyyətindən danışıb və bu sahədə müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.
Seminarın rəsmi hissəsində çıxış edən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda meyit donorlar əsasında transplantasiya proqramının inkişafı barədə məlumat verib. Bildirib ki, indiyədək ölkədə meyit donorlardan götürülmüş 84 orqan transplantasiya olunub.
Ağciyər transplantasiyasının həyata keçirilməsi istiqamətində hazırlıq işlərinin aparıldığını diqqətə çatdıransöyləyən mərkəz sədri qeyd edib ki, yaxın gələcəkdə bu sahədə xəstələrin qeydiyyatı üçün xüsusi gözləmə siyahısı formalaşdırılacaq. Aparılan hazırlıq işlərinin nəticəsi olaraq ölkəmizdə təxminən 2027-ci ildən etibarən ağciyər və ürək-ağciyər kompleksi transplantasiyalarının həyata keçirilməsi planlaşdırılır.
Türkiyənin Ankara Bilkent Şəhər Xəstəxanasının Ağciyər Nəqli Mərkəzinin mütəxəssisləri – professor Erdal Yekeler, dosent Mehmet Furkan Şahin və Dr. Loğman Rahimli tərəfindən ağciyər transplantasiyasının əsas prinsipləri, xəstə seçimi meyarları, donor orqanların qiymətləndirilməsi, transplantasiya prosesinin mərhələləri, eləcə də Türkiyə və dünya təcrübəsi barədə geniş təqdimatlar keçirilib.
Tədbir iştirakçıları qeyd ediblər ki, seminarın nəticələri Azərbaycanda ağciyər transplantasiyası proqramının formalaşdırılmasına və bu sahədə beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verəcək.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

