Akademik: Ciddi infeksiya hesab edilən melioidoz hazırda epidemioloji təhlükə yaratmır
24.06.2026 10:40

Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko Taylanddan gətirilən melioidoz infeksiyasına yoluxmuş xəstənin təcrid edildiyini təsdiqləyib. Hazırda Rusiyada xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır qiymətləndirilir. Akademik, yoluxma riskinin yüksək olmasına baxmayaraq, həmin reysdə olan sərnişinlərin müşahidə altına alınmasının vacibliyini vurğulayıb.

Aztibb.az xəbər verir ki, TASS-a müsahibəsində danışan epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişşenko bildirib ki, yüksək ölüm riski ilə müşayiət olunan ciddi infeksiya hesab edilən melioidozun ölkəyə gətirilməsi Rusiya üçün epidemioloji təhlükə yaratmır. Bunun əsas səbəbi yoluxmuş xəstənin vaxtında təcrid edilməsidir.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) məlumatına görə, melioidozun ölkəyə gətirilməsi ilə bağlı hadisə Taylanddan qayıdan turist qadında qeydə alınıb. Bildirilir ki, o, səfəri zamanı müxtəlif ekskursiyalarda, o cümlədən fil fermasında olub. Hazırda qadın xəstəxanada ağır vəziyyətdə müalicə alır.

G.Onişşenko qeyd edib ki, melioidoz hava-damcı və təmas yolu ilə yayıla bilən, xüsusi təhlükəli bakterial infeksiyadır.

Onun sözlərinə görə, xəstəliyə vaxtında diaqnoz qoyulduğundan xəstə infeksion şöbədə təcrid olunub və hazırda ictimai sağlamlıq baxımından epidemioloji təhlükə yaratmır.

Bununla belə, akademik yoluxmuş şəxsin uçduğu reysin bütün sərnişinlərinin qeydiyyata alınmasının məqsədəuyğun olduğunu bildirib. Onların hospitalizasiyasına ehtiyac olmadığını vurğulayan akademik qeyd edib ki, hərarət və ya digər simptomlar meydana çıxarsa, daha ətraflı müayinənin aparılması faydalı ola bilər. O, diaqnozun digər sərnişinlərdə təsdiqlənmə ehtimalının aşağı olduğunu desə də, müsbət nəticə əldə olunacağı təqdirdə belə panikaya əsas olmadığını, çünki xəstəliyin müalicə oluna bildiyini bildirib.

Akademik həmçinin xatırladıb ki, melioidoza yoluxma halları əksər hallarda antisanitar şəraitlə əlaqələndirilir. İnfeksiya təbii ocaqlarda, əsasən xırda məməlilər arasında dövr edir.

Melioidozun təbii yayılma arealına aşağıdakı regionlar daxildir:

Cənubi və Cənub-Şərqi Asiya
Şimali Avstraliya
Afrika
Cənubi Amerika

G.Onişşenko bildirib ki, infeksiya vəhşi təbiətdə mövcud olsa da, küçədə sərbəst gəzən ev heyvanlarına da keçə bilər. Lakin Rusiyada bu infeksiyanın təbii ocaqları olmadığından yerli ev heyvanları üçün təhlükə yaranmır.

Mütəxəssislər daha əvvəl də melioidozun erkən aşkarlanmasının əhəmiyyətini vurğulayıblar. Xəstəlik əlamətlərinin pnevmoniya kimi digər xəstəliklərlə oxşarlıq təşkil etməsi diaqnostikanı çətinləşdirə bilər. İnfeksionist həkim Yelena Meskina xüsusilə endemik bölgələrə səfər edən şəxslərə çirklənmiş torpaq və su ilə təmasdan çəkinməyi tövsiyə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub