AQTA ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq genişləndirilir  
23.06.2026 12:02

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında qida mənşəli zəhərlənmə hallarının araşdırılması sahəsində təcrübə mübadiləsinə dair onlayn görüş keçirilib.

 

Aztibb.az-a AQTA-dan verilən xəbərə görə, görüşdə qida zəhərlənməsi hadisələrinin araşdırılmasına dair hüquqi baza, aidiyyəti qurumlar arasında koordinasiya, laborator analizlərin tətbiqi, yoxlama və nümunəgötürmə prosedurları, eləcə də qida mənşəli xəstəliklərin qeydiyyatı və hesabatlılığı məsələləri müzakirə olunub.

 

Türkiyəli mütəxəssislər qida zəhərlənməsi hallarının araşdırılması üzrə mövcud təcrübə və tətbiq olunan nəzarət mexanizmləri, eyni zamanda, yeni texniki imkanlar barədə məlumat veriblər. İki qurum arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır