GLP-1 preparatları qida bazarını necə alt-üst edir?
24.06.2026 11:39

 

ABŞ-da aparılan yeni araşdırma göstərib ki, Tip 2 diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid dərmanlar, o cümlədən Ozempic, Wegovy və Mounjaro istifadəçilərin həm market, həm də restoran xərclərini nəzərəçarpacaq dərəcədə azaldır.

 

Aztibb.az "Journal of Marketing Research" jurnalında dərc olunan araşdırmaya istinadən yazır ki, Kornell Universitetinin alimlərinin hazırladığı bu preparatlardan istifadə edən ailələrdə market xərcləri ilk 6 ay ərzində orta hesabla 5,3 faiz azalıb, yüksək gəlirli ailələrdə isə bu göstərici 8 faizi keçib. Fast-food restoranları və qəhvə şəbəkələrində qida xərclərində də təxminən 8 faizlik azalma qeydə alınıb.

 

Ən böyük azalma yüksək kalorili və güclü emal olunmuş məhsullarda müşahidə edilib. Duzlu qəlyanaltılar, şirniyyatlar və un məmulatlarına çəkilən xərclər təxminən 10 faiz azalıb. Əvəzində yoqurt, təzə meyvə, protein tərkibli qəlyanaltılar və ət məhsullarına tələbat artıb.

 

Tədqiqat müəlliflərindən Silvia Hristakevanın sözlərinə görə, dərmanların iştahanı azaltması və toxluq hissini uzatması insanların daha az qida qəbul etməsinə səbəb olur. Araşdırma həmçinin göstərib ki, qida xərclərindəki azalma dərman istifadəsi davam etdiyi müddətdə ən azı bir il qalır, lakin preparat dayandırıldıqdan sonra xərclər tədricən əvvəlki səviyyəyə qayıdır.

 

Mütəxəssislər hesab edirlər ki, GLP-1 preparatlarının istifadəsi daha da genişlənərsə, bu, qida sənayesində uzunmüddətli dəyişikliklərə səbəb ola bilər. İstehsalçılar və restoranlar məhsul çeşidlərini, porsiya ölçülərini və marketinq strategiyalarını yeni tələblərə uyğunlaşdırmağa məcbur qala bilərlər.

 

Qeyd edək ki, bu dərmanlar əsasən qan şəkərinin tənzimlənməsi və çəkinin azaldılması üçün istifadə olunur. Onların ən çox rast gəlinən yan təsirləri ürəkbulanma, qusma, ishal və qəbizlikdir. Daha nadir hallarda pankreatit, öd kisəsi xəstəlikləri və böyrək funksiyalarının pozulması kimi ciddi fəsadlar da yarana bilər. Buna görə preparatlar yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu