Həkimlər odlu silah yaralanmalarından sonra sağalmanı sürətləndirməyin yolunu tapıblar
22.06.2026 13:15

Akademik N.N. Burdenko adına Baş Hərbi Klinik Hospitalın mütəxəssisləri A.V. Vişnevski adına Milli Tibbi Cərrahiyyə Tədqiqat Mərkəzinin həmkarları ilə birgə odlu silah yaralanmaları almış pasiyentlərin reabilitasiyası üçün yeni metod təklif ediblər.

 

Azmedinfo.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, yeni metod əvvəllər xroniki işemiya xəstəliyinin müalicəsində istifadə olunan vazoaktiv peptidlərin tətbiqinə əsaslanır. Hospitalın damar cərrahiyyəsi şöbəsinin baş ordinatoru Konstantin Petrovun sözlərinə görə, bu birləşmələr angioprotektiv (damar qoruyucu) effektə malikdir və ağır zədələnmələrdən sonra damar sisteminin bərpasına kömək edir.

 

Mütəxəssis qeyd edib ki, əməliyyatdanrakı erkən dövrdə peptid terapiyasının müalicəyə daxil edilməsi bərpa proseslərini təxminən 1,5 dəfə sürətləndirməyə imkan verib.

 

Lakin əldə olunmuş nəticələrin tam təsdiqlənməsi üçün daha geniş pasiyent qrupunun iştirakı ilə əlavə tədqiqatların aparılmasına ehtiyac var.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama