Türkiyədə 2026-cı ilin sonunda həkim olmayan tibb işçilərinin sayı artırılacaq
21.06.2026 10:47

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, 2026-cı ilin sentyabr ayında keçiriləcək KPSS imtahanından sonra həkim olmayan səhiyyə işçilərinin növbəti işə qəbulu həyata keçiriləcək.

Aztibb.az xəbər verir ki, nazir "A Haber" televiziyasına müsahibəsində qeyd edib ki, 2024-cü il KPSS nəticələrinə əsasən ötən il 47 min həkim olmayan tibb işçisi işə qəbul edilib. Bundan əvvəl də iki mərhələdə kadr qəbulu aparılıb.

K. Memişoğlu bildirib ki, hazırda Türkiyə səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə üçüncü genişmiqyaslı təftiş proqramı həyata keçirilir. Proqram çərçivəsində təxminən 50 vilayətdə səhiyyə müəssisələrinin fəaliyyəti, satınalma prosesləri, xidmət keyfiyyəti və kadr idarəçiliyi yoxlanılır.

Nazirin sözlərinə görə, Türkiyədə səhiyyə xidmətlərinə əlçatanlığın yüksək olması nəticəsində müraciətlərin sayı artıb. O qeyd edib ki, 2024-cü ildə təxminən 3,9 milyon vətəndaş müayinə növbəsi gözləyirdi. Problemin aradan qaldırılması üçün 390 qulaq-burun-boğaz müayinə masası və 400-dən çox göz müayinəsi bölməsi yaradılıb, həkim təyinatları isə ehtiyaclara uyğun şəkildə aparılıb.

Ailə həkimliyi sistemində aparılan dəyişikliklərə də toxunan nazir bildirib ki, ailə həkimləri vasitəsilə vətəndaşların sağlamlıq müayinəsi daha da genişləndirilib. 


Nazir vurğulayıb ki, Türkiyə səhiyyə xidmətlərinə əlçatanlıq baxımından dünyanın nümunəvi ölkələrindən biridir. Onun sözlərinə görə, 2025-ci ildə hər bir vətəndaş orta hesabla 12,4 dəfə səhiyyə xidmətlərindən istifadə edib. Bu göstərici Avropa ortalamasından təxminən iki dəfə yüksəkdir.

K.Memişoğlu həmçinin qeyd edib ki, son 24 ildə Türkiyədə səhiyyə sahəsində böyük inkişaf baş verib. Hazırda ölkədə 27 şəhər xəstəxanası fəaliyyət göstərir, daha 11 şəhər xəstəxanası tikilir və onların altısının bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu il ümumilikdə 60 yeni xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Nazir intensiv terapiya sahəsində də mühüm inkişafın olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədə reanimasiya çarpayılarının sayı 48 minə çatıb ki, bu da Avropa ölkələrinin orta göstəricisindən təxminən 2,5 dəfə çoxdur.

Xərçəng xəstəliklərinin erkən aşkarlanması istiqamətində görülən işlərdən danışan K.Memişoğlu qeyd edib ki, son beş ay ərzində aparılan skrininqlər nəticəsində təxminən 3 min nəfərdə xərçəng erkən mərhələdə aşkar olunub və müalicəyə başlanılıb.

Nazir siqaretlə mübarizənin də prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, hazırda Türkiyədə hər üç nəfərdən biri siqaret çəkir. Siqaretdən imtina poliklinikalarının sayı 1500-ə çatdırılıb, pulsuz dərman təminatı və məsləhət xidmətləri genişləndirilib.

K.Memişoğlu peyvəndləmə ilə bağlı da mühüm açıqlamalar verib. Onun sözlərinə görə, Türkiyədə uşaqlara təqdim olunan 13 peyvənd tamamilə pulsuzdur və peyvəndlənmə səviyyəsi 95 faizdən yuxarıdır. Nazir əlavə edib ki, ölkədə artıq iki hepatit peyvəndi istehsal olunur və yaxın gələcəkdə milli imkanlarla bütün 13 peyvəndin istehsalına başlanılması planlaşdırılır.

“Peyvənd əleyhdarlığı bizi çox narahat edir. Peyvəndlərin kəşfindən sonra bir çox yoluxucu xəstəliklər geriləyib və COVID-19 pandemiyasının qarşısının alınmasında da peyvəndlərin mühüm rolu olub”, – deyə nazir vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu