Həb kimi udulan kapsül endoskop - Xərçəngi erkən mərhələdə aşkar etməyə yönəlmiş yerli texnologiya üzərində klinik araşdırmalar davam edir
19.06.2026 14:36

Türkiyədə süni intellekt dəstəkli yerli kapsül endoskop layihəsi üzrə klinik tədqiqatlar hazırda davam etdirilir. Məqsəd həzm sistemi xəstəliklərinin və xərçəngin erkən diaqnostikasını daha effektiv şəkildə təmin etməkdir.

Aztibb.az "T24"ə istinadən yazır ki, inkişaf etdirilən layihə Səhiyyə Nazirliyi öncülüyündə həyata keçirilir və TÜSEB ilə TÜBİTAK tərəfindən dəstəklənir. Prosesdə Boğaziçi Universiteti mühəndislik infrastrukturu, Ankara Universiteti isə klinik tətbiq mərhələləri üzrə iştirak edir.

Həb kimi udulan texnoloji cihaz

Kapsül endoskopiya xəstənin dərman kimi udduğu kiçik cihaz vasitəsilə mədə və bağırsaqların görüntülənməsinə imkan verir. Yeni nəsil yerli kapsülün süni intellekt dəstəyi ilə qanaxma, şiş və şübhəli lezyonları aşkarlaması nəzərdə tutulur. Layihə çərçivəsində cihazın həkim nəzarəti ilə yönləndirilməsi, lazım gəldikdə biopsiya götürməsi və hədəf nahiyəyə dərman çatdırması kimi funksiyaların da inkişaf etdirilməsi planlaşdırılır.

Hazırda kapsulun kamera sistemi, biopsiya mexanizmi və süni intellekt alqoritmləri üzərində işlər aparılır. Eyni zamanda təhlükəsizlik və effektivlik testləri davam etdirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama