ATU əməkdaşının HPV ilə bağlı araşdırması Parisdə yüksək qiymətləndirilib
19.06.2026 09:23
Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində Xərçəngin Profilaktikası və Kolposkopiya üzrə Beynəlxalq Federasiyanın (IFCPC) 19-cu Dünya Konqresi keçirilib. Dünyanın müxtəlif ölkələrindən aparıcı alimləri, tədqiqatçıları və səhiyyə mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbir HPV (insan papilloma virusu) ilə əlaqəli xəstəliklərin profilaktikası, skrininqi və müalicəsində son elmi yeniliklərin müzakirə olunduğu nüfuzlu platformalardan biri hesab olunur.
Tədbirdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Tibb Universitetinin I mamalıq-ginekologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə klinikasının ginekoloqu Sevinc İsmayılova və assistent Ləman Əliyeva da iştirak edib.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, Versal Konqres Sarayında keçirilən tədbir çərçivəsində HPV-yə qarşı vaksinasiya proqramları, uşaqlıq boynu xərçənginin skrininq strategiyaları, kolposkopiyanın müasir imkanları müzakirə olunub. Həmçinin , hamiləlik zamanı HPV infeksiyasının idarə olunması, süni intellektin diaqnostik proseslərdə tətbiqi, fərdiləşdirilmiş tibb yanaşmaları, xərçəngin profilaktikası sahəsində yeni elmi nailiyyətlərin nəşrləri haqqında danışılıb.
Dosent Sevinc İsmayılovanın həmmüəllifliyi ilə hazırlanmış “PC_052 – HPV-müsbət hamilə qadınlarda obstetrik və neonatal nəticələr” mövzusunda elmi tezis təqdim edilib. Tezisdə 2022–2024-cü illər ərzində hamilə qadının iştirakı ilə aparılmış prospektiv tədqiqatın nəticələri əks olunub. Tədqiqat nəticələrinə əsasən, HPV-müsbət qadınlarda plasentar dəyişikliklər, damar patologiyaları və intervillöz sahənin genişlənməsi daha çox müşahidə olunub. Həmçinin bu qrupda perineal travmaların, plasentar qüsurların və vaxtından əvvəl doğuşların tezliyinin daha yüksək olduğu müəyyən edilib. Müəlliflər qeyd ediblər ki, hamiləlik dövründə HPV infeksiyası obstetrik və perinatal risklərin artması ilə əlaqəlidir. Bu isə erkən diaqnostikanın, gücləndirilmiş antenatal nəzarətin və fərdiləşdirilmiş klinik yanaşmanın vacibliyini bir daha təsdiqləyir.
Azərbaycanlı müəlliflərin hazırladığı tezis konqresin elmi komitəsi tərəfindən müsbət qiymətləndirilib və tədbirin rəsmi nəşr toplusuna daxil edilib. Bu fakt Azərbaycan tibb elminin beynəlxalq elmi platformalarda uğurla təmsil olunduğunu və yerli tədqiqatçıların əldə etdikləri nəticələrin dünya elmi ictimaiyyəti tərəfindən maraqla qarşılandığını göstərir.
Qeyd edək ki, 1972-ci ildən etibarən keçirilən IFCPC Dünya Konqresi HPV ilə əlaqəli xəstəliklərin profilaktikası və kolposkopiya sahəsində fəaliyyət göstərən 50-yə yaxın milli cəmiyyəti bir araya gətirən ən nüfuzlu beynəlxalq elmi tədbirlərdən biridir. Konqresin əsas məqsədi uşaqlıq boynu və digər HPV ilə əlaqəli xərçənglərin qlobal yükünün azaldılması, elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

