Həkimlər qadının orqanizmindən avtomobil təkəri boyda şiş çıxarıblar
17.06.2026 10:25

Rusiyada həkimlər 35 yaşlı qadın üzərində uğurlu əməliyyat apararaq təxminən 8 kiloqram çəkisi olan nəhəng törəməni çıxarıblar.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, bu barədə Çelyabinski vilayət Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, şiş təsadüfən aşkar edilib. Qadın heç bir ağrı hiss etməyib və sağlamlığı ilə bağlı şikayət etməyib. Yaxın zamanda doğuş etdikdən sonra qarnının ölçülərinin kiçilməməsi həkimlərdə şübhə yaradıb və əlavə müayinələr təyin olunub. Ultrasəs müayinəsi və kompüter tomoqrafiyası qarın boşluğunda iri ölçülü şişin olduğunu üzə çıxarıb.

 

Bildirilib ki, Çelyabinsk Vilayət Klinik Onkologiya və Nüvə Təbabəti Mərkəzində qarın boşluğunda yerləşən 40 santimetr ölçülü şişlə bağlı mürəkkəb əməliyyat həyata keçirilib. Pasiyentə kombinə olunmuş cərrahi müdaxilə aparılıb, şiş tam çıxarılıb, eyni zamanda sağ böyrək götürülüb və diafraqmanın bir hissəsi rezeksiya edilib.

 

Mərkəzin baş həkiminin cərrahi xidmət üzrə müavini İvan Qavrişkin qeyd edib ki, bir çox şişlər ilkin mərhələdə ağrı vermədiyindən gec aşkarlanır. Onun sözlərinə görə, ağrı sindromu adətən xəstəlik qonşu orqan və toxumalara yayıldıqdan sonra meydana çıxır.

 

Histoloji müayinənin nəticələri göstərib ki, törəmə liposarkoma piy toxumasından inkişaf edən bədxassəli şiş olub. Şiş aydın kapsulla əhatələnmiş vahid düyün şəklində olub və həkimlər onu tam şəkildə çıxarmağa nail olublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza