Ölüm riski yüksək olan 64 yaşlı kişi Yeni Klinikada sağlamlığına qovuşub
12.06.2026 09:18

1962-ci il təvəllüdlü kişi pasiyent qarın aortasının cırılmış anevrizması şübhəsi ilə təcili olaraq Yeni Klinikaya çatdırılıb.

Aparılan təxirəsalınmaz müayinələr ölüm riski yüksək olan diaqnozu təsdiqləyib.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

Vaxt itirilmədən pasiyent reanimasiya şöbəsinə yerləşdirilərək multidisiplinar komandanın operativ qərarı ilə təcili əməliyyata alınıb.

 

Ürək-damar cərrahiyyəsi və ümumi cərrahiyyə komandası ilə həyata keçirilən mürəkkəb əməliyyat zamanı qarın aortasının cırılmış anevrizması aradan qaldırılıb, “Aorta-bifemoral bypass” əməliyyatı icra olunub. Eyni zamanda, qan dövranı bərpa edilib, aşkar olunan ön qarın divarı yırtığının bərpası həyata keçirilib.

Bəzən bir həyatın xilası komandanın çevikliyi və vaxtında verdiyi qərarla mümkün olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır