Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib  
11.06.2026 15:39
“Yüksəliş” müsabiqəsinin finalçısı, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.
 
Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
 
Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır