Şirvan şəhərində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
11.06.2026 16:09
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Qan Bankı və Şirvan Gənclər Evinin birgə əməkdaşlığı ilə 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş genişmiqyaslı ictimai maarifləndirmə tədbiri və qanvermə aksiyası keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, Şirvan şəhərində təşkil edilən tədbirin məqsədi cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini formalaşdırmaq, əhalinin bu sahədə maarifləndirilmə səviyyəsini artırmaq və insanları mütəmadi qan verməyə təşviq etmək olub.
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov giriş sözü ilə çıxış edərək, ölkəmizdə qan donorluğu mədəniyyətinin təbliği istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva qan donorluğu, eləcə də irsi qan xəstəlikləri və qohum evliliklərinin fəsadları barədə əhali arasında aparılan maarifləndirmə tədbirlərinin rolundan söz açıb. O bildirib ki, İSİM tərəfindən Bakıda və regionlarda təşkil olunan kütləvi tədbirlərdə donorluq təbliğ edilir və müntəzəm olaraq qan verməyin insan orqanizminə müsbət təsirləri diqqətə çatdırılır.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsinin müdiri Tahirə Hüseynova “Qan donorluğunun vacibliyi və cəmiyyət üçün əhəmiyyəti” mövzusunda çıxış edərək, bölgədə könüllü qan donorluğunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli “Sənin qanın möcüzəyə çevrilə bilər – Donorluğun sağlamlığa müsbət təsirləri” mövzusunda geniş təqdimatla çıxış edərək gəncləri donor olmağa çağırıb. Eyni zamanda, qan verməyin digərlərinin sağlamlığı ilə yanaşı, donorların da orqanizminə faydalı təsir göstərdiyini bir daha xatırladıb.
 
Tədbir çərçivəsində təşkil olunan qanvermə aksiyasında gənclər yüksək fəallıq nümayiş etdirərək könüllü donor olublar. Aksiyanın gedişatında ən aktiv donorlara xüsusi hədiyyələr təqdim edilib. Humanist missiyanın iştirakçıları bu cür sosial-maarifləndirici təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndirərək tədbir təşkilatçılarına dərin təşəkkürlərini bildiriblər.
 
Sonda iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Qan ver, donor ol!”, “Qan ver, həyat xilas et!”, “Kim qan donoru ola bilər?” başlıqlı maarifləndirici materiallar paylanılıb, onlara sağlamlığın qorunması istiqamətində faydalı tövsiyələr verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır