Psixoloq: Uşaqların qadcetlərdən nəzarətsiz istifadəsi gələcəkdə ludomaniya riskini artırır
14.06.2026 14:48

Uşaqlıq dövründə qadcetlərdən nəzarətsiz istifadə yetkin yaşlarda qumar asılılığının (ludomaniyanın) yaranma riskini artıra bilər.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, bu barədə rusiyalı psixoloq Liliya Şuvalova bildirib.

Mütəxəssis müsahibəsində qeyd edib ki, ludomaniya beynin dopamin sistemi ilə sıx əlaqəlidir. Onun sözlərinə görə, insanı asılılığa sürükləyən əsas amil qazanılan mükafatın özü deyil, həmin mükafatı gözləməkdən yaranan həyəcan hissidir. Bu proses zamanı beyində dopamin ifraz olunur və insan təkrar-təkrar eyni hissi yaşamağa çalışır.

Psixoloq vurğulayıb ki, oyun asılılığının artması yalnız sosial-iqtisadi faktorlarla bağlı deyil. Qısa videoların fasiləsiz izlənilməsi və müxtəlif rəqəmsal məzmunlardan həddindən artıq istifadə də beyində qumar oyunlarının yaratdığına bənzər həzz mexanizmlərini aktivləşdirir.

Ekspertin fikrincə, uşağın qadcetlərdən nəzarətsiz istifadəsi nəticəsində beyin getdikcə daha güclü stimullara ehtiyac duyur. Zamanla dopamin mənbəyi kimi mərc oyunları və ya onlayn kazinolar meydana çıxa bilər ki, bu da ludomaniya riskini artırır.

Mütəxəssis asılılığa meyilliliyin bəzi erkən əlamətlərini də sadalayıb. Bunlara nümayişkaranə davranışlar, qadcetlərə həddindən artıq bağlılıq, motivasiya çatışmazlığı və maraq dairəsinin məhdud olması daxildir.

Ekspert əlavə edib ki, oyun asılılığının müalicəsi mümkündür. Lakin əksər hallarda ailə üzvləri problem artıq ciddi maliyyə itkilərinə və sosial çətinliklərə səbəb olduqdan sonra kömək üçün müraciət edirlər.

Mütəxəssislər qeyd edirlər ki, ludomaniya inkişaf mexanizmlərinə görə narkotik və alkoqol asılılığı ilə oxşarlıq təşkil edir. Müalicə prosesində həm psixoterapiya, həm də narahatlıq və depressiya kimi müşayiətedici problemlərin dərman vasitəsilə korreksiyası mühüm rol oynayır.

Psixoloqların fikrincə, qumar asılılığının xəbərdaredici əlamətləri arasında əvvəlki emosiyaları yaşamaq üçün məbləğlərin daim artırılması, oynamaq mümkün olmadıqda əsəbilik və narahatlıq hissi, uduzulan pulu geri qazanmaq üçün davamlı cəhdlər, xərclər üzərində nəzarətin itirilməsi və asılılığın yaxınlardan gizlədilməsi xüsusilə diqqət çəkir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama