Tədris Cərrahiyyə Klinikasında ağır dərəcəli varikoz xəstəliyi lazer üsulu ilə müalicə olunub
13.06.2026 10:32
Tədris Cərrahiyyə Klinikasında aşağı ətrafların ağır dərəcəli varikoz xəstəliyindən əziyyət çəkən pasiyent üzərində müasir endovenoz lazer əməliyyatı uğurla icra olunub.
Aztibb.az-a Klinikadan verilən xəbərə görə, ümumi cərrah Babək Abbasəliyev bildirib ki, pasiyent uzun illərdir aşağı ətraflarda varikoz genişlənmədən əziyyət çəkib. Müayinələr zamanı xəstədə sol aşağı ətrafda geniş yayılmış venoz çatışmazlıq, lipodermatoskleroz və CEAP təsnifatına əsasən C6 mərhələsinə uyğun ağır dərəcəli varikoz xəstəliyi aşkarlanıb.
Əməliyyata qərar verilməzdən əvvəl pasiyent ətraflı müayinədən keçirilib. Doppler ultrasəs müayinəsi nəticəsində böyük dərialtı venanın (vena saphena magna) diametrinin 13–14 mm olduğu və ciddi venoz reflüksün mövcudluğu müəyyən edilib. Müayinələrin nəticələrinə əsasən cərrahi müdaxilə planlaşdırılıb.
Pasiyentə endovenoz lazer ablasiya (EVLA) əməliyyatı icra olunub. Müasir və minimal invaziv üsul hesab edilən bu metod geniş kəsiklər olmadan həyata keçirilir və pasiyentin daha qısa müddətdə gündəlik həyatına qayıtmasına imkan yaradır, əməliyyatın müddəti təxminən 1 saat – 1 saat 15 dəqiqə təşkil edir.
Babək Abbasəliyev qeyd edib ki, aşağı ətrafların varikoz xəstəliyi vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu fəsadlar sırasında trofik xoraların yaranması, dərin vena trombozu, tromboflebit və ən təhlükəli ağırlaşmalardan biri hesab edilən ağciyər tromboemboliyası yer alır.
Mütəxəssisin sözlərinə görə, varikoz xəstəliyinin yaranmasında genetik meyl mühüm rol oynayır və halların təxminən 70 faizində irsi faktorlar müşahidə edilir. Bundan əlavə, uzun müddət ayaqüstə qalmaq, artıq çəki, azhərəkətli həyat tərzi və digər risk amilləri də xəstəliyin inkişafına təsir göstərə bilər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

