Varikosel diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra edilib - Tədris Cərrahiyyə Klinikası
08.06.2026 12:51
ATU-nun Tədris Cərrahiyyə Klinikasında reproduktiv sağlamlığa mənfi təsir göstərən və kişi sonsuzluğunun əsas səbəblərindən hesab olunan varikosel diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra edilib.
 
Aztibb.az xəbər verir ki, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı, assistent Vasif İsmayılın sözlərinə görə, əməliyyat olunan pasiyent 19 yaşlı gənc olub və müayinələr zamanı onda soltərəfli III dərəcəli varikosel aşkarlanıb.
 
“Pasiyentdə toxum ciyəsi venalarının nəzərəçarpacaq dərəcədə genişlənməsi müşahidə olunurdu. Aparılan laborator müayinələr, o cümlədən spermoqramma nəticələri oliqoastenozoospermiya – spermatozoidlərin həm sayının, həm də hərəkətliliyinin azalmasını göstərirdi. Bu hal gələcəkdə reproduktiv funksiyanın pozulmasına səbəb ola biləcəyindən cərrahi müdaxilə üçün birbaşa göstəriş hesab olunur”, deyə həkim bildirib. Mütəxəssis qeyd edib ki, varikosel xaya ətrafındakı venaların genişlənməsi ilə xarakterizə olunan geniş yayılmış uroloji xəstəlikdir. Xəstəlik xüsusilə yeniyetmə və gənc yaşlarda daha çox müşahidə edilir.
 
“Varikoselin yaranmasında əsas rol venoz qapaq çatışmazlığı və damar quruluşunun anatomik xüsusiyyətləri ilə bağlıdır. Bu xəstəlik infeksion və ya keçici xarakter daşımır. Bəzi hallarda irsi meyllilik də müşahidə oluna bilər. Bununla belə, hər varikosel əməliyyat tələb etmir. Müalicə taktikasının seçilməsi üçün düzgün diaqnostika və pasiyentin klinik vəziyyətinin dəqiq qiymətləndirilməsi vacibdir”, deyə V. İsmayıl vurğulayıb.
 
Həkimin sözlərinə görə, vaxtında aşkar edilməyən və müalicə olunmayan varikosel bir sıra ciddi fəsadlara səbəb ola bilər:“Pasiyentlərdə xaya nahiyəsində ağrı və ağırlıq hissi yarana bilər. Uzun müddət davam edən venoz durğunluq xaya toxumasında struktur dəyişikliklərə, ölçüsünün kiçilməsinə (atrofiyaya), hormon ifrazının pozulmasına və sperma keyfiyyətinin pisləşməsinə gətirib çıxara bilər. Nəticədə kişi sonsuzluğu riski artır”.
 
Pasiyent üzərində inguinal varikoselektomiya əməliyyatı icra olunub. Mütəxəssislər bildirirlər ki, yeniyetmə və gənc kişilərdə xaya nahiyəsində ağrı, ağırlıq hissi, damar genişlənməsi və ya reproduktiv sağlamlıqla bağlı problemlər müşahidə edildikdə vaxtında uroloqa müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün müalicə gələcəkdə yarana biləcək sonsuzluq riskinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır