Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub    
05.06.2026 12:25

Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Naftalan şəhərində Sağlamlıq Turizmi üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 

Tədbirdə işçi qrupun üzvü, AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov iştirak edib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan xəbər verilib.

 

Bildirilib k, Nafta Hotelin konfrans zalında keçirilən geniş tərkibli iclasda çıxış edən Coşqun Məmmədov sağlamlıq turizmi sahəsində sahibkarlığın inkişafının təşviqi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan vergi tətili və vergi krediti mexanizmlərindən istifadənin məqsədəuyğun olduğunu bildirib. O qeyd edib ki, bu cür alətlər investorlara fəaliyyətlərinin ilkin və daha riskli mərhələsində vergi yükünün azaldılması hesabına əlavə dəstək göstərərək investisiya qoyuluşlarını və biznesin dayanıqlı inkişafını stimullaşdıra bilər.

 

Coşqun Məmmədovun digər mühüm təklifi Naftalan neftindən istifadənin ekoloji nəticələrinin idarə olunması və uzunmüddətli dayanıqlığın təmin edilməsi məqsədilə “Naftalan Eko Fondu”nun yaradılması olub. Təklifə əsasən, fond dövlətin təşəbbüsü və əsas maliyyə dəstəyi ilə, eyni zamanda bu sahədə fəaliyyət göstərən müəssisələrin könüllü töhfələri hesabına formalaşdırıla bilər. Fondun fəaliyyət istiqamətlərinə istifadə olunmuş Naftalan neftinin təhlükəsiz utilizasiyası, təkrar emalı imkanlarının araşdırılması, ekoloji risklərin azaldılması, eləcə də bu sahədə elmi-tədqiqat işlərinin dəstəklənməsi daxildir.

 

Bununla yanaşı, çıxışda vurğulanıb ki, Naftalan nefti tükənən təbii sərvət olduğundan gələcəkdə şəhərin turizm sektorunun yalnız bu resursdan asılı vəziyyətdə qalması müəyyən risklər yarada bilər. Bu baxımdan, Naftalanın turizm potensialının şaxələndirilməsi və alternativ turizm istiqamətlərinin inkişafının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Təklif olunan fondun fəaliyyət istiqamətlərindən biri kimi, turizm sektoruna yeni daxil olan sahibkarların, eləcə də Naftalanın digər turizm imkanlarına investisiya yatırmaq istəyən təşəbbüskarların maliyyə baxımından dəstəklənməsi də nəzərdə tutulub.

 

Həmçinin, fondun fəaliyyətinin Naftalanın uzunmüddətli sosial-iqtisadi və turizm inkişafına xidmət edən istiqamətləri də əhatə etməsi təklif olunub. Bu çərçivədə turizm potensialının şaxələndirilməsi, yeni investisiya təşəbbüslərinin təşviqi, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Naftalanın turizm brendinin daha effektiv tanıdılması istiqamətində layihələrin maliyyələşdirilməsi nəzərdə tutula bilər. Bu yanaşma şəhərin rəqabət qabiliyyətinin artırılmasına və gələcək inkişafının daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edə bilər.

 

Tədbir çərçivəsində iştirakçılar Chinar Hotel & Spa Naftalan və Nafta Hoteldə infoturda iştirak edərək müəssisələrin fəaliyyəti, müalicə və reabilitasiya xidmətləri, wellness və SPA infrastrukturu, eləcə də yerləşdirmə və xidmət imkanları ilə yaxından tanış olublar.

 

Tədbirdə həmçinin Naftalan şəhərində sağlamlıq turizminin mövcud vəziyyəti, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti və qarşılaşdıqları problemlər, sahənin gələcək inkişaf istiqamətləri və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə edilib. Eyni zamanda, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən tibb personalı üçün təlim proqramlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır