Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
03.06.2026 11:17
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) arasında klinik baza haqqında müqavilə imzalanıb.
 
Bu məlumat Aztibb.az-a RQMM-dən verilib.
 
Bildirilib ki, müqavilənin məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi təhsilin inkişafı, səhiyyə sahəsində innovativ yanaşmaların və informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, həmçinin davamlı tibbi təhsil, rezidentura və doktorantura proqramlarının daha səmərəli təşkili istiqamətində əməkdaşlığın gücləndirilməsidir.
 
Əməkdaşlıq çərçivəsində ADHTİ-nin tədris proqramlarında nəzərdə tutulan İİV infeksiyası və QİÇS modulu üzrə tibb işçilərinin, tələbə və rezidentlərin təkmilləşməsi və praktiki biliklərə yiyələnməsi məqsədilə tədris prosesi Respublika QİÇS-lə Mübarizə Mərkəzində təşkil olunacaqdır. Mərkəz tərəfindən təkmilləşdirmə, yenidənhazırlanma və peşə hazırlığı kurslarında iştirak edən həkimlərin, eləcə də rezident və doktorantların praktik tədris prosesinin təşkili üçün zəruri şərait yaradılıb.
 
Bu əməkdaşlıq tibb mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılmasına, elmi-pedaqoji fəaliyyətin inkişafına və səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır