Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası  
02.06.2026 15:41
Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti dəfə qanvermə aksiyası təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyada xəstəxananın tibb personalı, könüllü vətəndaşlar, eləcə də rayonun müxtəlif sahələrini təmsil edən nümayəndələr fəal iştirak ediblər.
 
Respublika Qan Bankının peşəkar həkim briqadası tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, qan təzyiqi, hemoqlobin səviyyəsi və ümumi tibbi göstəricilər qiymətləndirilib.
Tələblərə uyğun olan donorların müxtəlif qan qruplarına aid qan nümunələri götürülüb. Proses gigiyena və təhlükəsizlik qaydalarına tam əməl olunmaqla həyata keçirilib.
 
Qeyd edək ki, aksiyanın əsas məqsədi talassemiya və digər qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək göstərmək, onların müalicəsinə töhfə verməkdir.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri