Yeni vaksin müalicəyə davamlı xərçəng xəstələrində şişləri aradan qaldırıb
02.06.2026 15:39

 

Eksperimental xərçəng əleyhinə preparat digər müalicə üsullarına cavab verməyən onkoloji xəstəliklərə qarşı ümidverici nəticələr göstərib.

 

Aztibb.az “The Guardian” qəzetinə istinadən yazır ki, bəzi xəstələrdə vaksin tətbiq edildikdən cəmi bir neçə həftə sonra şişlər tamamilə yox olub.

 

Preparat xərçəng hüceyrələrinə eyni vaxtda bir neçə istiqamətdən təsir göstərir. O, epidermal böyümə faktoru reseptorunu (EGFR) və MET protoonkogenini hədəf alaraq şişin inkişafını məhdudlaşdırmağa çalışır.

 

Araşdırmada 11 ölkədən baş-boyun nahiyəsinin xərçəngindən əziyyət çəkən 102 xəstə iştirak edib. Nəticələrə əsasən, 43 pasiyentdə şişlərin ölçüsü əhəmiyyətli dərəcədə kiçilib və ya tamamilə yox olub. Onlardan 28 nəfərdə şişlər nəzərəçarpacaq dərəcədə kiçilib, 15 nəfərdə isə tam remissiya qeydə alınıb. Oxşar nəticələr ağciyər xərçəngi olan xəstələrdə də müşahidə edilib.

 

Londondakı Xərçəng Araşdırmaları İnstitutunun bioloji xərçəng terapiyası üzrə professoru, Kevin Harrington bildirib ki, bu nəticələr həm kimyaterapiyaya, həm də immunoterapiyaya davamlı xəstələr üçün görünməmiş dərəcədə güclü cavab hesab olunur:

 

“Bu, həm kimyaterapiyaya, həm də immunoterapiyaya qarşı rezistentlik inkişaf etmiş xəstələrdə müşahidə edilən misilsiz nəticədir. Belə pasiyentlər üçün müalicə variantları son dərəcə məhduddur. Buna görə də əldə olunan fayda olduqca diqqətəlayiqdir”.

 

Tədqiqatın nəticələrinə görə, vaksin qəbul edən xəstələrin orta sağqalım müddəti 12,5 ay təşkil edib. Bu göstərici onların ağır klinik vəziyyəti və əlverişsiz proqnozu nəzərə alındıqda xüsusilə əhəmiyyətli hesab olunur.

 

Preparat 2021-ci ilin may ayında ABŞ-da, həmin ilin dekabrında isə Avropa İttifaqında istifadəyə təsdiq alıb. Professor Harrinqton əldə olunan remissiya səviyyəsini xərçəng müalicəsində “əhəmiyyətli irəliləyiş” kimi qiymətləndirib.

 

Mütəxəssislər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, preparatın effektivliyi və uzunmüddətli təsirləri ilə bağlı daha geniş klinik tədqiqatların aparılmasına ehtiyac var.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama