ATU-da yerli və xarici tələbələri bir araya toplayan DİM Klubunun açılışı olub
29.05.2026 09:07

Azərbaycan Tibb Universitetində (ATU) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəflərini əsas tutaraq yaradılmış yeni DİM tələbə klubunun fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, "Müxtəliflikdə birlik" mövzusuna həsr olunmuş və tələbə, müəllim və inzibati heyətin iştirakı ilə keçirilən tədbirdə universitetin İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent Aygün Babayeva “Gələcəyi gücləndirmək” şüarı ilə qlobal qayanıqlığı dəstəkləyən DİM Klubu barədə ətraflı məlumat verib, təşəbbüslə bağlı geniş hədəfləri bölüşüb.

 

Qeyd edilib ki, Klub fərdi və kollektiv fəaliyyətlər vasitəsilə iddialı qlobal hədəfləri real yerli nəticələrə çevirməklə, kampusda innovasiyaların yeni standartını müəyyən etməyi hədəfləyir: “DİM-lər nəhəng qlobal səyi ifadə etsə də, bu hərəkat məhz tələbə heyətinin "həvəsi və hərəkətə keçməyə hazır" mövqeyi sayəsində real güc qazanır”.

 

Daha sonra tədbirdə cəmiyyəti, ətraf mühiti və gələcəyi qorumaq üçün bütün 17 DİM-in bir-biri ilə qarşılıqlı əlaqədə olmasını nəzərdə tutan "Vahid Qalxan" konsepsiyasını əsas götürən maraqlı çıxışlar olub. Tələbələr öz çıxışlarında fundamental insan hüquqları: yoxsulluğun aradan qaldırılması, yaxşı sağlamlıq və rifahın təmin edilməsi, keyfiyyətli təhsil, gender bərabərliyi  və s. kimi müxtəlif məqsədlərin bir-birini necə dəstəklədiyini ətraflı şəkildə izah ediblər.

 

Tədbirdə DİM Klubunun loqo müsabiqəsi vasitəsilə öz yeni vizual kimliyi nümayiş etdirilib. Münsiflər heyətinin qiymətləndirməsindən sonra Zeynəddin Davud (125i-2b qrup tələbəsi) qalib elan edilib və A.Babayeva qalibə mükafat təqdim edib.

 

Yaradıcı töhfələrinə görə fərqlənən digər finaçılara  — Aytac İsazadə, Aima Hayat və Leyla Xəlilova isə mükafatları tədris işləri üzrə prorektor, professor Anar Ağayev, tərbiyə işləri üzrə prorektor Mahir Səfərov və rektorun müşaviri Zülfüqar Musabəyov tərəfindən təqdim olunub.

 

Daha sonra tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır