Ksenon qazı xərçənglə mübarizədə yeni ümid ola bilər
28.05.2026 13:55

 

Seçenov Universiteti alimləri onkoloji xəstəliklərin müalicəsində yeni yanaşmalar üzərində çalışarkən təsadüfən ksenon qazına diqqət yönəldiblər. Daha əvvəl əsasən heroin asılılığının müalicəsində istifadə olunan bu qazın indi onkologiyada da perspektivli ola biləcəyi bildirilir.

 

Aztibb.az "Discover24"ün məlumatına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, ksenon sakitləşdirici və damar qoruyucu xüsusiyyətlərə malikdir. Xüsusilə qan damarlarının daxili qatı olan endotelin qorunması baxımından onun mühüm təsir göstərə biləcəyi qeyd olunur. Endotel toxumaların normal qan təchizatında əsas rol oynayır.

 

Alimlər bildirirlər ki, kimyaterapiya zamanı xəstələrin ürək-damar sistemi ciddi zədələnə bilər. Ksenonun üstünlüyü isə ondan ibarətdir ki, digər bəzi anesteziklərdən fərqli olaraq ürəyin fəaliyyətini zəiflətmir və arterial təzyiqdə ciddi enmə yaratmır. Bu xüsusiyyətlər onu onkologiyada istifadə üçün potensial namizədə çevirir.

 

Hazırda Seçenov Universitetində ksenonun onkoloji xəstələrdə orqan qoruyucu vasitə kimi təsirini araşdıran dünyada ilk tədqiqat aparılır. Alimlər hesab edirlər ki, əgər nəticələr müsbət olarsa, bu yanaşma kimyaterapiya alan xəstələrin müalicə prosesini daha təhlükəsiz və komfortlu edə bilər.

 

Mütəxəssislər vurğulayırlar ki, ksenonun xərçəngi birbaşa müalicə etdiyi barədə danışmaq hələ tezdir. Lakin onun orqanizmi kimyaterapiyanın ağır təsirlərindən qoruma potensialı onkologiyada yeni imkanlar aça bilər.

 

Araşdırma müəlliflərinin fikrincə, ksenonun effektivliyi təsdiqlənərsə, bu, minlərlə onkoloji xəstə üçün mühüm dəstək vasitəsinə çevrilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır