Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədilə tədqiqatlar aparılır
19.05.2026 12:13

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının əməkdaşları son illər respublikanın müxtəlif bölgələrində aparılan etnofarmakoloji və etnobotanik tədqiqatları davam etdirirlər.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tədqiqat Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədi daşıyır. 

 

Zaqatala rayonunda həyata keçirilən tədqiqatda etnotəbabətin müasir səviyyədə araşdırılması üçün tələb olunan müasir üsullardan istifadə edilib. 

 

Farmakoqnoziya kafedrasının müdiri, Əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayevin rəhbərliyi ilə tədqiqatın aparılmasında kafedranın əməkdaşları Esmira Hacıyeva, Esmira Xalilova, Nilufər Səfərova, və Günay Cəfərova ilə yanaşı, Zaqatala rayonunun yerli sakinləri də yaxından iştirak ediblər. 

Əldə olunan nəticələrə gəlincə, bu elmi tədqiqatlara həsr olunan ilk məqalə dünyada ən böyük elmmetrik istinad bazalarından biri sayılan “Scopus” bazasında Q2 kvartilli “Biodiversitas” jurnalında dərc edilib.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır