Ümumdünya Şəhərsalma Forumu dünyanın ən nüfuzlu platformalarından biri hesab olunur
19.05.2026 10:47

Şəhərsalma və memarlıq xalqımızın tarix boyu yaratdığı ən zəngin maddi-mədəni irs nümunələrindəndir. Qədim tariximizin əvəzsiz və təkrarsız inciləri sayılan mədəniyyət abidələri xalqımızın yüksək memarlıq zövqünü, sənətkarlıq bacarığını və milli-mənəvi dəyərlərini özündə əks etdirir. Bu abidələr keçmişimizin yadigarı, milli kimliyimizin və tariximizin canlı şahididir. Şəhərsalma və yüksək memarlıq nümunələri xalqımızın qədim dövrlərdən gələn istedadının, zəngin mədəniyyətinin və estetik dünyagörüşünün parlaq göstəricisidir. Tarix boyu yaradılmış möhtəşəm abidələrimiz xalqımızın yaradıcılıq gücünü və milli irsə bağlılığını nümayiş etdirir.

 

Prezident İlhamƏliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətimizin milli-mədəni irsə verdiyi yüksək dəyərin, keçmişə bağlılığının və gələcəyə yönəlmiş inkişaf siyasətinin bariz nümunəsidir. Bu qərar şəhərsalma və memarlıq sahəsinin daha da inkişaf etdirilməsinə, tarixi abidələrin qorunmasına və müasir memarlıq ənənələrinin zənginləşdirilməsinə geniş imkanlar yaradır.


Bununla yanaşı, Azərbaycan paytaxtında XIII Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Bu mötəbər beynəlxalq tədbir Azərbaycanın şəhərsalma, davamlı inkişaf və müasir memarlıq sahəsində artan rolunu nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, yenidən diqqətlər Azərbaycana yönəldi. Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başladı. Dünyanın 180 ölkəsindən 41 mindən çox iştirakçı bu mötəbər beynəlxalq tədbirə qatılaraq şəhərsalma, davamlı inkişaf, iqlim dəyişiklikləri, urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı aktual məsələləri qlobal müstəvidə müzakirə etdilər. “Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının gedişatı” mövzusunda nazirlər səviyyəsində görüşdən sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi qlobal gündəmin əsas müzakirə mövzularından birinə çevrildi.


Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə forumun siyasi və strateji mahiyyətini daha da qabarıq şəkildə nümayiş etdirdi. Dövlət başçısı çıxışında dayanıqlı şəhərsalma, müasir urbanizasiya çağırışları, postmünaqişə dövründə quruculuq siyasəti və Azərbaycanın yaşıl inkişaf modeli ilə bağlı mühüm mesajlar verdi. Prezident çıxışında vurğuladı ki, COP29-dan sonra Azərbaycanda keçirilən ən böyük ikinci beynəlxalq tədbir məhz WUF13-dür. Dövlət başçısı qeyd etdi ki, forum çərçivəsində rekord sayda iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal dialoq məkanına çevrildiyini nümayiş etdirir. Prezident diqqətə çatdırdı ki, forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki həmin torpaqlarda illərlə törədilmiş dağıntıları, vandalizmi və mədəni irsə qarşı sərgilənmiş barbar münasibəti canlı şahidliklə görmək mümkündür. Ağdam, Füzuli və digər qədim yaşayış məskənləri illər boyu sistemli şəkildə viran qoyulub. Vaxtilə həyatın, mədəniyyətin və memarlıq zövqünün harmoniyasını yaşadan şəhərlər dağıdılıb xarabalığa çevrilib, hətta əsrlərin yaddaşını yaşadan müqəddəs tarixi ibadətgahlar belə məhv edilib. Xirosimanı xatırladan bu ağır mənzərə milli kimliyə və mədəni irsə qarşı törədilmiş vandalizmin dəhşətli miqyasını açıq şəkildə nümayiş etdirir.
Dövlətimizin başçısı milli şəhərsalma tariximizin və memarlıq irsimizin canlı şahidi olan məkanları qonaqlara ziyarət etməyi tövsiyə edərək bildirdi ki, Bakı dünyada sənaye üsulu ilə ilk neft hasil edilən şəhərdir. Prezident qeyd etdi ki, uzun illər ərzində ətraf mühitin qorunmasına kifayət qədər diqqət ayrılmadığından torpaq və hava ciddi şəkildə çirklənmişdi. Dövlət başçısı Bakının “Qara şəhər”, Bibiheybət və Böyükşor kimi ərazilərini xüsusi vurğulayaraq dedi ki, bu adlar bəlkə də bir çox insan üçün adi səslənə bilər. Lakin həmin ərazilərin 20 il əvvəlki vəziyyətini əks etdirən foto və videolarla bugünkü simasını müqayisə etdikdə görülən nəhəng dəyişiklik açıq görünür. Prezident bunun Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən genişmiqyaslı yenidənqurma və ekoloji bərpa siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı.


Beləliklə, WUF13-ün açılış mərasimində Prezident Azərbaycanın şərəfli tarixini yaşadan memarlıq mədəniyyətimizi və şəhərsalma ənənələrimizi nümayiş etdirməklə xalqımızın zəngin milli-mənəvi irsini, quruculuq təfəkkürünü və inkişaf baxışını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dünyanın ən nüfuzlu platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və tarix boyunca formalaşmış zəngin şəhərsalma-mədəniyyət ənənələrinin məntiqi nəticəsidir. Prezidentin səsləndirdiyi fikirlər isə Bakıdan dünyaya ünvanlanan inkişaf və şəhərsalma mesajı oldu.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

ÇOX OXUNANLAR
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib