Tədris Cərrahiyyə Klinikasında yüksək riskli xəstə üzərində uğurlu radikal sistektomiya əməliyyatı icra olunub
19.05.2026 11:54
Tədris Cərrahiyyə Klinikasında akademik İmamverdiyev, professor Rauf Nağıyev, urologiya kafedrasının rezidentləri və əsas anestezioloq Məmməd doktorun iştirakı ilə yüksək riskli xəstə üzərində mürəkkəb radikal sistektomiya əməliyyatı uğurla icra olunub.
Klinikadan Aztibb.az-a bildirilib ki, 70 yaşlı kişi xəstə iki aydan artıq müddətdə davam edən hematuriya — sidikdə qan olması şikayəti ilə müxtəlif tibb müəssisələrinə müraciət edib. Aparılan müayinələr zamanı xəstədə sidik kisəsinin böyük həcmli invaziv törəməsi aşkarlanıb. Bununla yanaşı, xəstədə III mərhələ xroniki ürək çatışmazlığı və ürəyin atım fraksiyasının cəmi 20% olması əməliyyat riskini son dərəcə artırırdı.
Məhz bu səbəbdən xəstə Bakıda yerləşən bir sıra böyük klinikalarda müayinə olunsa da, əməliyyatın yüksək riskli olması nəzərə alınaraq cərrahi müdaxilə məqsədəuyğun hesab edilməyib.
Tədris Cərrahiyyə Klinikasında xəstə yenidən geniş şəkildə qiymətləndirilib və multidissiplinar yanaşma əsasında əməliyyata qərar verilib. Risklər xəstəyə və yaxınlarına ətraflı izah edildikdən sonra radikal sistektomiya əməliyyatı icra olunub.
Ağır ürək çatışmazlığı fonunda anestezioloji idarəetmə əməliyyatın ən kritik mərhələlərindən biri hesab olunurdu və bu baxımdan anestezioloq komandasının rolu xüsusi əhəmiyyət daşıyıb.
Hazırda əməliyyatdan bir ay keçib, xəstənin ümumi vəziyyəti qənaətbəxşdir, ciddi şikayəti yoxdur və bərpa prosesi uğurla davam edir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

