Elmi seminar: “Uşaqlarda qarın ağrısının cərrahi səbəbləri” 
09.05.2026 12:31

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkimlər və rezidentlər üçün “Uşaqlarda qarın ağrısının cərrahi səbəbləri” mövzusunda növbəti elmi-maarifləndirici seminar təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

Seminarın əsas məqsədi uşaq cərrahiyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, uşaqlarda qarın ağrısı ilə müşahidə olunan cərrahi patologiyaların vaxtında aşkarlanması və düzgün klinik yanaşmaların müzakirəsi olub.

Tədbirdə çıxış edən Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə uşaqlarda qarın ağrısının ən çox rast gəlinən cərrahi səbəbləri, differensial diaqnostikanın əhəmiyyəti, erkən diaqnostika prinsipləri və təcili müdaxilə tələb edən klinik hallar barədə ətraflı təqdimatla çıxış edib.

 

Məruzə zamanı appendisit, invaginasiya, bağırsaq keçməzliyi, peritonit və digər kəskin cərrahi patologiyaların klinik əlamətləri, diaqnostik üsulları və müasir müalicə yanaşmaları barədə geniş məlumat verilib. Alşan Paşazadə çıxışı zamanı real klinik təcrübələrə əsaslanan nümunələr təqdim edərək erkən müdaxilənin həyatqurtarıcı rolunu xüsusi vurğulayıb. O, pediatrik pasiyentlərdə simptomların fərqli şəkildə özünü göstərə bilməsinin diaqnostika prosesini çətinləşdirdiyini, bu səbəbdən multidissiplinar yanaşmanın və operativ qərarvermənin vacibliyini diqqətə çatdırıb.

 

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrindən həkimlər, rezidentlər və tibb mütəxəssisləri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır