Endokrin cərrahiyyədə qalxanabənzər vəz əməliyyatı
07.05.2026 09:11

ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrin cərrahı Esmira Məmmədova qalxanabənzər vəzi xəstəlikləri və aparılan cərrahi müalicə barədə məlumat verib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, uzun müddətdir qalxanabənzər vəzində düyünlər olan xəstə sıxılma və boğulma hissi kimi şikayətlərlə klinikaya müraciət edib. Aparılan müayinələr zamanı vəzidə çoxsaylı düyünlərin olduğu və son aylarda onların böyümə tendensiyası göstərdiyi müəyyən edilib. Xəstəyə total tiroidektomiya əməliyyatı icra olunub. Bu, qalxanabənzər vəzinin tamamilə xaric edilməsi deməkdir və çoxsaylı düyünlər, eləcə də sıxılma simptomları səbəbilə seçilən müalicə üsuludur.

 

E.Məmmədova bildirib ki, əməliyyat zamanı səs tellərini innervasiya edən qayıdan qırtlaq sinirinin qorunması üçün xüsusi sinir monitorinq cihazından istifadə edilir. Bu, mümkün sinir zədələnməsinin qarşısını almağa imkan verir.

Cərrah qeyd edib ki, Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərinə tez-tez rast gəlinir və bu tip müraciətlər kifayət qədər çoxdur. Əməliyyatın özü təxminən 40 dəqiqə davam edir, hazırlıq prosesi ilə birlikdə ümumi müddət təxminən bir yarım saat təşkil edir. Onun sözlərinə görə, qalxanabənzər vəz tam xaric edildiyi üçün əməliyyatdan sonra xəstəliyin yenidən yaranması (residiv) müşahidə olunmur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır