Prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar təşkil olunub
07.05.2026 09:41

2026-cı ilin 5–7 may tarixlərində ÜST-ün təşəbbüsü ilə Bakı şəhərində prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbirin məqsədi aidiyyəti üzrə müxtəlif dövlət qurumlarını, beynəlxalq təşkilatları və mütəxəssisləri bir araya gətirərək insan, heyvan və ətraf mühit sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova açılış nitqi ilə çıxış etmişdir. Tədbirdə eyni zamanda, ÜST Azərbaycan Ofisinin nümayəndəsi də iştirakçıları salamlamışdır.

Seminar çərçivəsində “One Health” (Vahid Sağlamlıq) yanaşmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bu yanaşma zoonoz xəstəliklərin və digər sağlamlıq təhdidlərinin vaxtında aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması üçün çoxşaxəli və sektorlararası əməkdaşlığı təşviq edir.
2023-cü ildə ölkədə keçirilmiş ÜST-ün Birgə Xarici Qiymətləndirmə missiyasının tövsiyələrinə əsasən səhiyyə sahəsində “Vahid Sağlamlıq” yanaşmasının genişləndirilməsi istiqamətində bir sıra addımlar atılmışdır, multisektoral əməkdaşlıq inkişaf etməkdədir.
Tədbirin məqsədi prioritet zoonoz

xəstəliklər üzrə risklərin birgə qiymətləndirilməsi potensialını gücləndirmək və idarəetməni təkmilləşdirmək olmuşdur.
İştirakçılar ilkin qiymətləndirmələr aparıb, risklərin idarə olunması və kommunikasiya yollarını müzakirə ediblər.
Yekunda prosesin institusionallaşdırılması üçün növbəti addımlar müəyyənləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır