Azərbaycanda yenidoğulanlar arasında oğlanların sayı azalıb
18.11.2020 21:05

Azərbaycanda hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb.

 

Aztibb.az-ın məlumatına görə, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

 

2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib, 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib.

 

Son 3 il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların sayı sabit qalıb. 2017-2019-cu illərdə şəhər yerlərində hər 100 qıza 113 oğlan düşüb. Kənd yerlərində isə bu göstərici dəyişib. 2017-ci ildə kənd yerlərində 100 qıza 114, 2018-ci ildə 116, 2019-cu ildə 115 oğlan düşüb.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri hələ bir müddət əvvəl gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsinin davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə biləcəyini açıqlayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hazırda dünyanın bir sıra aktual problemlərindən birinin uşaqların cinsə görə nisbətinin pozulması olduğunu bildirib:

 

"Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda süni şəkildə baş verir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır