Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib  
28.04.2026 16:17
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin hazırlıq planına və Cəlilabad Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün təsdiq edilmiş mülki müdafiə tədbirləri planına uyğun olaraq rayonda mülki müdafiə sahəsində növbəti təlim təşkil olunub.
 
Aztibb.az-ın xəbərinə görə, Cəlilabad rayon mərkəzi stadionunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin iştirakı ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
 
Təlimin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, operativ reaksiya imkanlarının gücləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın təkmilləşdirilməsidir.
 
Məşq çərçivəsində 2 ədəd təcili və təxirəsalınmaz tibbi yardım avtomobili, zəruri tibbi avadanlıqlar və 4 nəfər həkim heyətinin iştirakı təmin edilib. Bu, fövqəladə vəziyyətlər zamanı tibbi təminatın operativ təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
 
Qeyd edək ki, bu cür tədbirlər əhalinin təhlükəsizliyinin təmin olunması və fövqəladə halların nəticələrinin minimuma endirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə