Mərkəzi Gömrük Hospitalı Laboratoriyasında SATLARS T8 texnologiyası tətbiq olunub
23.04.2026 10:23
Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında SATLARS T8 texnologiyasının istifadəsinə dair təqdimat tədbiri keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, həkim laborantlar və media nümayəndələri iştirak ediblər.
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
Bildirilib ki, SATLARS T8 texnologiyası laborator diaqnostika sahəsində keyfiyyətin daha da yüksəldilməsi, xidmətlərin optimallaşdırılması və pasiyentlərə göstərilən tibbi xidmətin sürət və dəqiqliyinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Müasir laboratoriya sistemlərində yüksək keyfiyyət yalnız ayrı-ayrı analizlərin nəticələri ilə deyil, bütün proseslərin vahid sistemdə inteqrasiyası və effektiv idarə olunması ilə təmin edilir. Məhz bu yanaşmanı əsas götürən SATLARS T8 platforması laboratoriya proseslərinin tam avtomatlaşdırılmasına imkan yaradan innovativ və inteqrasiya olunmuş texnoloji həll kimi çıxış edir.
Texnologiyanın istehsalçısı olan “Shenzhen New Industries Biomedical Engineering Co., Ltd” Çin Xalq Respublikasında yerləşən və laborator diaqnostika sahəsində qlobal miqyasda tanınan lider şirkətlərdən biridir. Şirkətin məhsullarının 160-dan çox ölkədə tətbiqi onun yüksək etibarlılığını, texnoloji üstünlüyünü və beynəlxalq səviyyədə qazandığı güclü reputasiyanı bir daha təsdiqləyir.
SATLARS T8 sistemi süni intellekt dəstəyi ilə preanalitik mərhələnin idarə olunmasını və çoxmodullu inteqrasiya imkanlarını özündə birləşdirir. Hazırda sistem iki əsas platforma üzərində qurulub:
MAGLUMI X8 – işıq əsaslı immun analiz metodu ilə işləyən analizator olaraq geniş test paneli və yüksək məhsuldarlığı sayəsində klinik diaqnostikanın dəqiqliyini artırır və həkimlərin qərarvermə prosesini daha etibarlı edir;
Bioassay C8 – avtomatlaşdırılmış biokimyə analizatoru kimi biokimyəvi analizlərin yüksək dəqiqlik və sabitliklə icrasını təmin edir.
Bu iki sistemin inteqrasiyası analizlərin paralel şəkildə aparılmasına, iş axınının optimallaşdırılmasına və nəticələrin daha qısa müddətdə əldə olunmasına şərait yaradır. Qeyd edək ki, tətbiq edilən sistemlər beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq xarici keyfiyyətə nəzarət proqramları ilə dəstəklənir. Bu isə laborator nəticələrin etibarlılığını və dəqiqliyini daha da gücləndirir.
Mərkəzi Gömrük Hospitalı bundan sonra da müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daim inkişaf etdirir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

