Teymur Musayev: "Qapalı su hövzələrinin idarə edilməsi koordinasiyalı yanaşma tələb edir"
23.04.2026 10:21

Xəzər dənizinin su keyfiyyəti ilə bağlı məsələdə regional və sərhədlərarası əməkdaşlıq gücləndirilməlidir.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Regional Ekoloji Sammitdə deyib.

 

Onun sözlərinə görə, qapalı su hövzələri ortaq resurslar olduğu üçün onların idarə edilməsi koordinasiyalı yanaşma tələb edir:

"Xəzər dənizinin sahilboyu ərazilərində biomüxtəlifliyin qorunması üçün tətbiq edilən əsas strategiyalardan biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və effektiv idarə olunmasıdır. Hazırda Azərbaycanın sahil zonasında dörd Milli Park fəaliyyət göstərir".

 

T.Musayev qeyd edib ki, qlobal istiləşmə su hövzələrinin istilik strukturunu və oksigen səviyyəsini dəyişərək su biomüxtəlifliyinə birbaşa təsir göstərir:

"Bu təsirlər yalnız ekoloji deyil, eyni zamanda ciddi ictimai sağlamlıq riskləri yaradır. Əhali çirklənmiş suya daha çox məruz qalır ki, bu da mədə-bağırsaq xəstəliklərinin, kimyəvi zəhərlənmələrin və uzunmüddətli sağlamlıq fəsadlarının artmasına səbəb olur".

 

Nazir Azərbaycan Səhiyyə Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə hava keyfiyyətinin monitorinqinin həyata keçirildiyini də diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır