18-24 noyabr Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsidir
18.11.2020 13:58

18-24 noyabr "Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi"dir.

 

Aztibb.az xəbər verir ki, “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü əsasında antibiotiklərə qarşı yaranan rezistentliklə bağlı qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək və nəticədə antibiotiklərə qarşı davamlılığın qarşısını almaq məqsədilə bütün dünyada geniş miqyaslı tədbirlər vasitəsilə hər ilin noyabr ayında qeyd edilir.

 

ÜST-ün məlumatına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, nəticədə antibiotiklərə qarşı rezistentlik halları artmaqda davam edir. Ümumiyyətlə, hər il təxminən 700 min insan antibiotiklərə davamlı bakteriyaların yaratdığı xəstəliklərdən həyatını itirir. 2050-ci ilədək bu rəqəmin on milyona yaxınlaşacağı gözlənilir.

 

Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi” "Antibiotiklər: ehtiyatla davranın" şüarı altında qeyd olunur. Antibiotiklər yalnız həkim nəzarəti və təyinatı əsasında xəstəliyin gedişinə uyğun olaraq istifadə edilməlidir. Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir!

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır