Azərbaycanda qadın böyrək köçürüldükdən sonra 2 uşaq dünyaya gətirdi
26.04.2026 10:00

Tanınmış cərrah-transplantoloq və uroloq, tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilən böyrək transplantasiyası əməliyyatından sonra 33 yaşlı qadın iki uşaq dünyaya gətirib. Azərbaycanda böyrək köçürülməsi əməliyyatı keçirmiş qadının iki sağlam uşaq dünyaya gətirməsi Azərbaycan təbabətində uğurlu hadisə hesab olunur.

Qeyd etmək lazımdır ki, xroniki böyrək xəstəliyi olan pasiyentlər üçün böyrək transplantasiyası hazırda ən effektiv və optimal müalicə strategiyasıdır. Transplantasiyadan sonra xəstələr müəyyən müşahidə və həyat tərzlərində edilən cüzi korreksiya ilə tam normal həyata qayıda bilirlər. Böyrək köçürülməsi keçirmiş qadınların hamiləlik təqibi isə xüsusi tibbi protokollar əsasında nəzarətdə saxlanılır.

 

Aztibb.az xəbər verir ki, t.e.d. Rəşad Şolanın rəhbərlik etdiyi həkim briqadasının Nefrologiya Bölməsi bu sahədə geniş klinik təcrübəyə malikdir.

Bununla yanaşı, ölkəmizdə böyrək transplantasiyasından sonra hamiləlik mövzusunda aparılan ilk sistemli elmi tədqiqatlar da t.e.d. Rəşad Şolan və həmkarları tərəfindən həyata keçirilib. Sözügedən analitik araşdırma 2024-cü ildə TAJEV (“Türk-Alman Jinekoloji Eğitim, Araştırma ve Hizmet Vakfı”) və 2025-ci ildə MESOT (“Middle East Society of Organ Transplantation”) konqreslərində məruzə olunub.


Tədqiqatın yekun elmi nəticələri beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu “Experimental and Clinical Transplantation” jurnalında dərc edilib.
(https://pubmed.ncbi.nlm.nih.gov/41808642/). Məqalə PubMed, Web of Science və Scopus kimi aparıcı elmi bazalarda indekslənir.

 

Qeyd edək ki, t.e.d. Rəşad Şolan Azərbaycanda urologiya və böyrək transplantasiyası sahəsində aparıcı mütəxəssis və elm xadimi kimi tanınır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır