Tibb elmləri doktoru Aynur Səfiyeva Misirdə beynəlxalq konfransda məruzə edib
21.04.2026 09:38

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva Misirin paytaxtı Qahirə şəhərində keçirilən nüfuzlu beynəlxalq “Qahirə Kolorektal və Çanaq üzrə 20-ci İllik Toplantı” elmi tədbirində məruzəçi qismində iştirak edib.


Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, kolorektal və çanaq cərrahiyyəsi sahəsində ən son elmi yeniliklərin müzakirə olunduğu bu mötəbər tədbir dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssisləri bir araya gətirib.

 

Konfrans çərçivəsində müasir diaqnostika və müalicə üsulları, minimal invaziv cərrahiyyə texnikaları, həmçinin pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş innovativ yanaşmalar geniş şəkildə təqdim olunub.


Tədbir çərçivəsində Aynur Səfiyeva “Obstruktiv defekasiya sindromunda defekoqrafiyanın rolu və əhəmiyyəti” mövzusunda elmi məruzə ilə çıxış edərək obstruktiv defekasiya sindromunun diaqnostikasında defekoqrafiyanın rolu, bu metodun klinik əhəmiyyəti və müalicə strategiyalarının müəyyənləşdirilməsində verdiyi töhfələr geniş şəkildə izah olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır