AQTA ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında birgə əməkdaşlıq mexanizmləri yaradılacaq  
20.04.2026 17:43

Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.

 

AQTA-dan Aztibb.az-a verilən məlumata görə, sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və sadələşdirilmiş üsulla icrası təmin olunub.

 

Bildirilib ki, idxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.

 

Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır