Stres yuxu pozğunluqlarının ən əsas səbəblərindən biridir
26.07.2025 17:25
Stresin sinir sistemi üzərində çox güclü və çoxşaxəli təsiri var. Uzun müddət davam edən psixoloji gərginlik sinir hüceyrələrinin fəaliyyəti və beyin funksiyalarını pozur. Bu da nəticədə baş ağrıları, əsəbilik, diqqət dağınıqlığı və yaddaş zəifləməsi ilə müşahidə olunur.
 
Bu barədə Aztibb.az-a Nizami Tibb Mərkəzinin həkim-nevroloqu Günel İlyasova bildirib.
 
Həkimin sözlərinə görə, stres yuxu pozğunluqlarının ən əsas səbəblərindən biridir. Pasiyentlər çox zaman gec yatmaq, tez-tez oyanmaq və ya tamamilə yuxuya gedə bilməmək kimi şikayətlərlə müraciət edirlər. Bu da gün ərzində yorğunluq, reaksiyaların ləngiməsi və ümumi psixi gərginlik yaradır.
 
Günel İlyasova qeyd edib ki, stres zamanı simpatik sinir sistemi aktivləşir və bu zaman ürək döyüntüləri artır, nəfəs sürətlənir, əzələlər gərgin olur. Bu vəziyyət davam etdikcə bədənin "istirahət və bərpa" funksiyası olan parasimpatik sistem düzgün işləyə bilmir və bu da həm yuxuya, həm də ümumi sinir sisteminin sağlamlığına mənfi təsir göstərir:
 
"Stresin sinir sisteminə təsirini azaltmaq üçün müntəzəm istirahət, yüngül fiziki hərəkətlər, texnoloji vasitələrdən uzaq qalmaq və yuxu rejiminə ciddi əməl etmək çox önəmlidir. Əgər bu tədbirlərə baxmayaraq, vəziyyət dəyişmirsə, mütəxəssisə müraciət etmək vacibdir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır