Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır  
27.07.2025 15:48

Smartfonu 13 yaşına çatmamış əldə edən uşaqlar böyüdükdə daha çox narahatlıq, yadlaşma hissi keçirir və intihar barədə düşünürlər. BBC-nin məlumatına görə, bu qənaətə 163 ölkə və ərazidən 100 mindən çox yeniyetmənin iştirak etdiyi qlobal tədqiqatın müəllifləri gəliblər.

 

Aztibb.az-ın edition.cnn.com-a istinadla  xəbərinə görə, “Journal of Human Development and Capabilities” jurnalında dərc olunan tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, uşaqların çox erkən yaşlarında smartfondan istifadə etmələri onların zəif formalaşmış psixikasında ciddi pozuntulara gətirib çıxara bilər.

 

Üstəlik, təhlil edilən məlumatlar (bütün iştirakçılar 18–24 yaş arasında olublar) birbaşa asılılığı ortaya qoyur. Uşaq telefona nə qədər tez sahib olursa, gənc yaşda psixi sağlamlıq problemləri yaşamaq riski də bir o qədər artır.

 

“Ən ağır nəticələr smartfonu 13 yaşdan əvvəl əldə edənlərdə müşahidə olunur. Bu xüsusilə qızlara aiddir. Onlarda narahatlıq səviyyəsi yüksəlir, özlərini reallıqdan qopmuş kimi hiss edirlər və bəzən intihar düşüncələri də olur”, - deyə tədqiqatın aparıcı müəllifi, ABŞ-ın “Sapien Labs” analitik mərkəzindən professor Tara Tyaqaraca söyləyir.

 

Gənclərin psixi sağlamlıq vəziyyəti MHQ (Mind Health Quotient – Zehni Sağlamlıq İndeksi) indeksi ilə qiymətləndirilib. Bu indeks emosional, idrak və sosial funksiyaların səviyyəsini nəzərə alır.

 

Smartfonu 13 yaşında əldə edənlərdə MHQ göstəricisi orta hesabla 30 bal olub. Cəmi 5–6 yaşında telefondan istifadə etməyə başlayanlarda isə bu göstərici sıfıra qədər enib.

 

Bu fərqlər xüsusilə qadınlarda nəzərəçarpacaq dərəcədədir: 5–6 yaşından smartfondan istifadə etməyə başlayan qızların təxminən yarısında (48 faiz) ifadəli intihar düşüncələri müşahidə olunub. Halbuki 13 yaşında telefon alanlar arasında bu göstərici təxminən iki dəfə aşağıdır, yəni, hər dörd qızdan birində (28faiz).

 

Oğlanlar arasında da bu fərq aydındır: erkən telefon alanlarda 31 faiz, 13 yaşdan sonra alanlarda isə 20 faiz.

 

Tədqiqat müəlliflərinin sözlərinə görə, əsas səbəb uşağın cihazın özünə deyil, onun vasitəsilə sosial şəbəkələrə, xüsusən də süni intellekt alqoritmləri ilə işləyən platformalara çıxışıdır.

 

Uşağın internetlə çox erkən tanışlığı gənclərin psixi problemlərinin təxminən 40 faizinin səbəbidir. Bura kibertəzyiq, yuxu pozuntuları və ailə əlaqələrinin zəifləməsi daxildir.

 

İngilisdilli ölkələrdə vəziyyət daha kritikdir: ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada uşaqlar ortalama 11 yaşında smartfona sahib olurlar. Bu ölkələrdə sosial şəbəkələrin təsiri daha güclüdür və xüsusən də qızlarda psixi pozuntuların 70faiz-ə qədərini izah edir.

 

 

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, tək valideynlərin atdığı fərdi addımlar bu qlobal problemi həll edə bilməz. Sistemli yanaşma olmadıqca, gələcək nəsil emosional baxımdan zəif və sosial baxımdan dezoriyentasiya olunmuş şəkildə formalaşa bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır