Kompleks reabilitasiya işləri bir çox qazilərimizin sağlamlığının bərpasına imkan verib  
21.07.2025 14:56

Tarixi Zəfərimizlə  başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizlə bağlı ötən dövrdə aparılan kompleks reabilitasiya işləri artıq onlardan bir çoxunun sağlamlığının bərpasına imkan verib.

 

Aztibb.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, postmüharibə dövrünün ilk günlərindən onlar son illər müasir tələblərə uyğun qurularaq təchiz edilmiş reabilitasiya müəssisələrində davamlı bərpa müalicəsi kurslarına cəlb olunublar.

 

Bu sahədə peşəkar həkim komandasının səyləri səfərbər olunub, yeni və effektiv reabilitasiya metodlarından, son texnoloji yeniliklərdən istifadə edilib.  

 

Son vaxtlar reabilitasiya kurslarını başa vuran qazilərimizlə bağlı aparılan həkim müayinələri onlardan mühüm bir hissəsinin davamlı müalicə işləri nəticəsində artıq sağlamlıqlarına qovuşduqlarını, əlilliklərini geridə qoyduqlarını göstərir.

 

Eyni zamanda, müharibədən sonra ötüb keçən zaman da onların yaralarının tədricən sağalmasına öz təsirini göstərib.

 

Vaxtilə əlillik vəziyyətində olsalar da bir çox qazilərimizin artıq yenidən əvvəlki gümrahlıqlarına, güclərinə sahib olduqlarını görmək hər birimiz üçün fərəhli mənzərədir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı videoçarx da bu mövzudadır:

https://youtu.be/_aZVLnio2iI  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır