Xızının Altıağac qəsəbəsində səyyar tibbi xidmət təşkil olunub  
21.07.2025 16:07
Vətəndaşların tibbi xidmətə əlçatanlığının artırılması məqsədilə Xızı rayonunun Altıağac qəsəbəsində səyyar müayinələr təşkil olunub.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, Xızı Rayon Mərkəzi Xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatr, nevroloq, ginekoloq, terapevt, cərrah və digər ixtisaslı həkimlərinin iştirak etdiyi müayinələrə 115 vətəndaş cəlb olunub, onlara zəruri tibbi xidmətlər göstərilib.
 
Sağlamlıqlarında problem aşkarlanan şəxslərdən qan analizi nümunələri götürülüb və tibb müəssisəsinə dəvət olunub. Eyni zamanda 24 nəfər şəkər xəstəsi şəkər dərmanı ilə təmin olunub.
 
Qeyd edək ki, sakinlərə göstərilən bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb. Qəsəbə sakinləri müayinələrdən məmnun qaldıqlarını və bu cür təşəbbüslərin davamlı olmasını arzulayıblar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına səyyar tibbi xidmətlərlə bağlı yeni alınmış 2 ədəd xüsusi təchizatlı təcili tibbi yardım avtomobili ayrılıb və komplektləşdirilib. Avtomobillər zəruri cihaz və avadanlıqlarla, eləcə də dərman preparatları ilə dəstləşdirilib.
 
Pasiyentin vəziyyətinə nəzarət və reanimasiya tədbirləri üçün avtomobillər kardiomonitor, defibrilyator, elektrokardioqraf (EKQ), mobil süni tənəffüs cihazı, perfuziya və infuziya cihazları ilə təchiz olunub. Diaqnostik müayinə və ilkin qiymətləndirmə üçün stetoskop, otoskop, oftalmoskop, spirometr ilə təmin olunub. Əlavə olaraq, görüntüləmə və dərin müayinə üçün mobil ultrasəs müayinəsi (USM), mobil exokardioqraf (EXO) və rəqəmsal DR sistemli mobil rentgen aparatı da mövcuddur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib